Ana Sayfa > Karusel / Hadisə > Bakıda narkoloji dispanserdə 44 yaşlı kişi bıçaqlanıb

Bakıda narkoloji dispanserdə 44 yaşlı kişi bıçaqlanıb


19-04-2023, 09:42. Yazar: Xeberaz



Respublika Narkoloji Dispanserində bıçaqlanma olub.

Xeberaz.Az APA-ya istinadən bildirir ki, hadisə dispanserin mətbəx otağında qeydə alınıb.

Məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü Əzizov Seymur Bəxtiyar oğlu, heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Məhərrəmov Əziz Fərzulla oğlunu bıçaqlayıb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.



Geri dön