Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Şəbnəm Tovuzlunun 350 000 AZN-lik avtomobilini əzdilər - VİDEO

Şəbnəm Tovuzlunun 350 000 AZN-lik avtomobilini əzdilər - VİDEO


8-04-2023, 12:16. Yazar: Xeberaz






Müğənni Şəbnəm Tovuzlunun bahalı avtomobilini əziblər. 

Sənəçti ATV kanalında yayımlanan "7 canlı" verilişində qonaq olarkən onun maşınının salonunu çəkmək istəyiblər. 

Çəkiliş etmək istəyən müxbir avtomobili normal yerə apararkən qəza baş verib və müğənninin maşını əzilib. 

Daha sonra bu barədə verilişin aparıcısı Vüsalə Əlizadəyə xəbər verilib. Tovuzlunun avtomobili evakuatorla həyətdən çıxarılaraq təmirə aparılıb.



Xatırladaq ki, Şəbnəm Tovuzlu ötən il "Həmin Zaur" proqramına qonaq olarkən bu maşını  350 000 AZN-ə aldığını deyib.

Sənətçinin bahalı avtomobili "Range Rover" markalıdır. 



VİDEO



Geri dön