Ana Sayfa > Karusel / Hadisə > Bakıda kişi 20 yaşlı hamilə arvadına 3 bıçaq zərbəsi vurub

Bakıda kişi 20 yaşlı hamilə arvadına 3 bıçaq zərbəsi vurub


6-04-2023, 11:29. Yazar: Xeberaz

Bakının Sabunçu rayonunda 20 yaşlı qadına 3 bıçaq zərbəsi vurulub.

Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 2003-cü il təvəllüdlü Bəkirova Həvva Məhəmməd qızı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarın və bud nahiyələrindən 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Qeyd edək ki, H.Bəkirova 4 aylıq hamilədir.

Hadisənin təfərrüatı araşdırılır.




Geri dön