Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Gəncədə 20 yaşlı qızdan atasının doğum günündə DƏHŞƏTLİ ADDIM - Özü də öldü... - FOTO

Gəncədə 20 yaşlı qızdan atasının doğum günündə DƏHŞƏTLİ ADDIM - Özü də öldü... - FOTO


4-04-2023, 09:03. Yazar: Xeberaz




Gəncədə tələbə qızın intihar etməsinin bəzi təfərruatları məlum olub.

BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, buna səbəb qızın üzləşdiyi ağır itki olub.

Belə ki, 1 yanvar tarixində Kübranın atası – İctimai Təhlükəsizlik Bölməsinin sabiq rəisi Famil Həsənov qəflətən vəfat edib.

Bundan sonra gənc qız hadisənin təsiri altından çıxa bilməyib.

Kübranın intihar etdiyi tarix atasının doğum günü olub.

Qeyd edək ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Mərhumun qardaşı isə hazırda polis əməkdaşıdır.




Gəncə Dövlət Universitetinin Alman dili fakültəsinin III kurs tələbəsi Kübra Həsənova intihar edib.

Hadisə iki gün əvvəl Gəncənin Tağıyev küçəsində qeydə alınıb.

Məlumata görə, Kübranın bir müddət əvvəl atası dünyasını dəyişib. Gənc qızın atasının ölümündən sonra psixoloji problemləri yarandığı iddia olunur.

Faktla bağlı araşdırma aparılır.




Geri dön