Ana Sayfa > Karusel / Hadisə > Avtomobil kranla toqquşdu: biri uşaq olmaqla iki nəfər öldü

Avtomobil kranla toqquşdu: biri uşaq olmaqla iki nəfər öldü


29-03-2023, 11:45. Yazar: Xeberaz



Abşeronda kranla avtomobil toqquşub.

Xeberaz.Az APA-ya istinadən bildirir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

İsmayıl Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə Ehtiram Fərzalıyevin idarə etdiyi "İVECO" markalı kran avtomobili ilə toqquşub. Nəticədə minik avtomobillində olan 1973-cü il təvəllüdlü Afət Əhmədova və 2017-ci il təvəllüdlü Zəminə Hüseynli ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.





Geri dön