Ana Sayfa > Karusel / Gündəm > Ramazan bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş günü olacaq

Ramazan bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş günü olacaq


22-03-2023, 11:25. Yazar: Xeberaz



Aprel ayında Ramazan bayramı ilə əlaqədar ardıcıl olaraq 4 gün qeyri-iş günü olacaq.

Belə ki, aprel ayının 21, 22-i Ramazan bayramı qeyd olunacaq. 2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel də istirahət günü hesab olunur. 

Beləliklə, aprel ayında Ramazan bayramı ilə əlaqədar ardıcıl olaraq 4 gün - 21, 22, 23, 24 və ümumi olaraq isə 12 gün qeyri-iş günü olacaq.





Geri dön