Ana Sayfa > Karusel / Hadisə > Marketdə keçmiş əri tərəfindən bıçaqlanan qadın ÖLÜB

Marketdə keçmiş əri tərəfindən bıçaqlanan qadın ÖLÜB


19-03-2023, 17:18. Yazar: Xeberaz

Marketdə keçmiş əri tərəfindən bıçaqlanan qadın ÖLÜB - YENİLƏNİB


Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Züleyxa Şirinovanın bıçaq xəsarəti alaraq ölməsi barədə məlumat daxil olub.

Bu barədə  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. Qeyd edilib ki, dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Ruslan Şirinov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, R. Şirinov mərhumun keçmiş həyat yoldaşıdır.


Geri dön