Ana Sayfa > Karusel / Səhiyyə > Şərab bu AĞIR XƏSTƏLİYƏ səbəb ola bilər

Şərab bu AĞIR XƏSTƏLİYƏ səbəb ola bilər


19-03-2023, 10:18. Yazar: Xeberaz



İngiltərəli ekspertlərin fikrincə, "şərab insan orqanizminə xeyirlidir" fikri yayıldığından insanlarda qaraciyər xərçənginə gətirib çıxartdı.

Hətta Hollivud filmlərində və kitablarında bir stəkan şərabla müasir insan obrazı nümunəyə çevrilib. Bu mədəniyyət orta təbəqədə çox yayılmışdır, lakin ekspertlər hesab edirlər ki, məhz bu tendensiya qaraciyər xərçənginin sayının artmasına səbəb olur.

Buna əsas səbəblərdən biri də əhalinin orta və aşağı təbəqəsində içilən şərabların keyfiyyəridir. Yüksək təbəqənin içdiyi içkinin tərkibi daha kefiyyətlidir. Kefiyyətsiz içkilər,ə sas da şərab müxtəlif xəstəliklərə səbəb olur.

Rəqəmlər göstərir ki, son onilliklər ərzində təkcə Böyük Britaniyada qaraciyər xərçənginə yoluxma hallarının sayı 40% artıb. Bu xəstəliyin iki əsas risk faktoru həddindən artıq spirtli içki qəbul etmək və artıq çəkidir. Qeyd edək ki, qaraciyər xərçəngi uzun müddət simptomlar olmadan davam edir və aşkar edildikdə, xəstəlik artıq davam edir.

İngiltərədə ümumi spirt istehlakı eyni dövrdə azalsa da, bu xərçəng üçün ən çox risk altında olan 65 yaşdan yuxarı insanlar arasındadır. Onların beşdə biri hələ də həftənin əksər günləri spirtli içki qəbul edir. Qaraciyər xərçənginin artması narahatedici bir statistikadır və ekspertlər cəmiyyətin şüurunda alkoqolun qeyri-sağlam populyarlığını dəyişməyə çağırırlar.



Geri dön