Ana Sayfa > Karusel / Hadisə > Bakıda evdən 8 minlik OĞURLUQ: darvazanı da apardılar

Bakıda evdən 8 minlik OĞURLUQ: darvazanı da apardılar


16-03-2023, 11:53. Yazar: Xeberaz

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər rayonunun Zirə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və martın 5-dən 12-dək olan müddətdə həmin evdən 8000 manat dəyərində televizor, mebel və həyət darvazasının qeyri-aşkar şəraitdə oğurlanması müəyyənləşib.



Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar Nəcəfqulu Quliyev və Qurban Bayramov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Geri dön