Ana Sayfa > Karusel / Şou-Biznes > Aysun ana olmasından danışdı: "Bu il sevindirəcəm sizi" - VİDEO

Aysun ana olmasından danışdı: "Bu il sevindirəcəm sizi" - VİDEO


15-03-2023, 14:48. Yazar: Xeberaz

Müğənni Aysun İsmayılova ana olmasından danışıb.

O, həyat yoldaşı Eşqin Cəlilovla ATV-də yayımlanan "Şou Xəbər" proqramının kameralarına tuş gəlib.

Aysun aparıcının ana olması barədə sualını cavablandırıb. O, övlad sahibi olmaq arzusunda olsa da, səhnədən uzaqlaşmaq fikrində olmadığını dilə gətirib:

"Görək də, bəlkə bu il sevindirdim sizi. Hamı istəyir, hamı gözləyir, amma Allahın verdiyi qismətdir. Elə bir şey olsa da, mən səhnəsiz qala bilmərəm. Heç vaxt işsiz qala bilmərəm. Mən sənətimi sevirəm".

Qeyd edək ki, cütlük ötən ilin iyun ayında ailə qurub.




Geri dön