Ana Sayfa > Karusel / Gündəm / İqtisadiyyat > Suyun qiyməti də qalxacaq? - RƏSMİ AÇIQLAMA

Suyun qiyməti də qalxacaq? - RƏSMİ AÇIQLAMA


13-03-2023, 12:47. Yazar: Xeberaz



"Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

"Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir", - deyə məlumatda qeyd olunub.





Geri dön