Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda 8 mart günü bir ailənin üç üzvü faciəvi şəkildə öldü

Azərbaycanda 8 mart günü bir ailənin üç üzvü faciəvi şəkildə öldü


9-03-2023, 15:05. Yazar: Xeberaz



Sulutəpədə kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.

Hadisə ötən gün Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.



Geri dön