Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Hərbi qulluqçumuz minaya düşərək şəhid oldu - RƏSMİ

Hərbi qulluqçumuz minaya düşərək şəhid oldu - RƏSMİ


6-03-2023, 10:59. Yazar: Xeberaz

Hərbi qulluqçumuz minaya düşərək şəhid oldu - RƏSMİ


Xəbər verdiyimiz kimi martın 4-də Azərbaycan Ordusunun hərbi qulluqçusu 1995-ci il təvəllüdlü Hüseynov Kamran Namiz oğlunun qar uçqunu nəticəsində həlak olduğu bildirilirdi.

Müdafiə Nazirliyi sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olması barədə məlumatı təsdiq edirik.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin.



Geri dön