Ana Sayfa > Karusel / Texnologiya > "Tiktok"da uşaqlar üçün daha bir QADAĞA

"Tiktok"da uşaqlar üçün daha bir QADAĞA


2-03-2023, 11:56. Yazar: Xeberaz




“Tiktok” video platforması azyaşlılar üçün müəyyən məhdudiyyətlər tətbiq edib.
Bundan sonra 18 yaşdan kiçik olan istifadəçilər gün ərzində “Tiktok”da 1 saatdan çox video izləyə bilməyəcəklər.
Belə ki, 1 saat limiti keçildikdə istifadəçiyə yenidən kodun daxil olunması tələb olunacaq. Parolu yazdıqdan sonra yenidən tətbiqdən istifadə etmək mümkün olacaq. Amma onu da qeyd edək ki, bu funksiyanı deaktiv etmək mümkün olacaq.
Bu limitin əsasən 13 yaşına kimi olan uşaqlar üçün olduğu bildirilir. 



Geri dön