Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Nigar Camala hücum edən şəxs saxlanıldı - VİDEO

Nigar Camala hücum edən şəxs saxlanıldı - VİDEO


27-02-2023, 11:13. Yazar: Xeberaz

Nigar Camala hücum edən şəxs saxlanıldı - VİDEO


Azərbaycanı 2011-ci ildə “Avroviziya”da təmsil edən müğənni Nigar Camal avtomobili hərəkət edərkən hücuma məruz qalıb. 

Bu barədə müğənni instaqram hesabında paylaşım edib.

O qeyd edib ki, KİA markalı avtomobili idarə edən şəxs yolunu kəsib. Sonra sürücü avtomobildən enərək müğənniyə yaxınlaşıb. Ondan pəncərəni açmağı tələb edərək avtomobilə zərbələr endirib, güzgünü sındırıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

 







Geri dön