Ana Sayfa > Karusel / Gündəm > Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI


25-02-2023, 12:21. Yazar: Xeberaz


Fevralın 26-a olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz olacaq.



Geri dön