Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda qadını qaçıran şəxslər saxlanıldı - RƏSMİ (YENİLƏNİB)

Bakıda qadını qaçıran şəxslər saxlanıldı - RƏSMİ (YENİLƏNİB)


24-02-2023, 17:20. Yazar: Xeberaz

Bakıda qadını qaçıran şəxslər saxlanıldı - RƏSMİ (YENİLƏNİB)


Bakıda xanıma qarşı zorakılıq edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar davam etdirilir.

***

Daxili İşlər Nazirliyi Bakıda qadının qaçırılmasına dair görüntülərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov açıqlamasında bildirib ki, görüntülər araşdırılıb:

"Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir", - deyə DİN rəsmisi qeyd edib.

 "Unikal"


Geri dön