Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Dünya > Zəlzələdə ölən adam dəfn edilərkən “dirildi”

Zəlzələdə ölən adam dəfn edilərkən “dirildi”


24-02-2023, 11:25. Yazar: Xeberaz

Zəlzələdə ölən adam dəfn edilərkən “dirildi”


Kahramanmaraşdakı zəlzələlərdən zərərçəkən Suriyada qeyri-adi hadisə yaşanıb.

Baş verən güclü zəlzələdən sonra dağıntılar altından çıxarılan Əhməd əl-Mağribi adlı şəxsin öldüyü bildirilib.  Bundan sonra gənc oğlanın meyiti morqa aparılıb.

Günlər sonra ailəsi tərəfindən şəxsiyyəti müəyyən edilən Əhməd əl-Mağribi cəsəd torbasında qəbiristanlığa aparılıb. Məzarlığa çatanda  əl-Mağribi torbanın içində hərəkət etməyə başlayıb. Bu vəziyyətdən şoka düşən ailəsi onu dərhal xəstəxanaya aparıb.

Hazırda həkimlər onun səhhətinin günbəgün daha da yaxşılaşdığını bildirib.



Geri dön