Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Gündəm > Bayram xonçasını hazırlamaq neçəyə başa gəlir? - QİYMƏT

Bayram xonçasını hazırlamaq neçəyə başa gəlir? - QİYMƏT


22-02-2023, 12:12. Yazar: Xeberaz






Azərbaycanda Novruz bayramı ərəfəsində bazarlarda yenidən canlanma müşahidə edilir. Dünən ilk çərşənbəni qeyd edən vətəndaşlar bayrama hazırlıq məqsədilə market və bazarlara üz tuturlar.

Məlumatına görə, qiymətlərin nə qədər olması və Novruz xonçasının hazırlanması üçün tələb olunan xərc böyük maraq doğurur.

Bazarlarda xonçaların qiyməti 5-10 manat arasında dəyişir ki, burada ölçüdən asılı olaraq seçim etmək mümkündür. Xonçanın əsas bəzəyi sayılan səməninin qiyməti isə 2-5 manat arasında dəyişir. Xonçaya qoyulan qozu 10-25 manat, badamı 14-25 manat, kişmişi 9-25 manata, iydəni 6-8 manata, innabı 5-12 manat arasında almaq mümkündür.



BAKU.WS



Geri dön