Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > Azərbaycandakı binalar neçə ballıq zəlzələyə davamlıdır? - Açıqlama

Azərbaycandakı binalar neçə ballıq zəlzələyə davamlıdır? - Açıqlama


22-02-2023, 11:59. Yazar: Xeberaz



''Son illər ölkəmizdə tikilən çoxbərtəbəli binalar dövrün tələblərinə tam cavab verir. Hətta 8-9 ballıq zəlzələyə belə davamlıdır''.

Bu sözləri “Xəzərxəbər”ə müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli deyib.

Onun sözlərinə görə, Türkiyədə baş vermiş zəlzələdən sonra Bakı sakinləri arasında narahatlıq yaranıb. Ancaq buna heç bir lüzum yoxdur:

"Mütəmadi olaraq monitorinqlər aparılır. Hətta bir neçə il əvvəl istismar aktı verilmiş binalarda da təkrar yoxlama aparmaq mümkündür. Dayaqlarında hər hansı bir nöqsan aşkar edilən və ya qəzalı vəziyyətə düşən binaların siyahısı hazırlanıb rayon icra hakimiyyətləri ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir".

Təyyar Hüseynli onu da vurğulayıb ki, bina tikintisində keyfiyyətli materiallardan istifadə olunması da çox önəmlidir:

"Bina tikilməzdən əvvəl orada istifadə edilən beton və armaturlardan nümunələr götürülərək laboratoriyada yoxlanır. Müsbət rəy verildikdən sonra tikintiyə icazə verilir. Tikinti norma və qaydalarındakı tələblərdən biri də binada hər bir mənzilə gün ərzində 2 saat günəş işığının düşməsidir. Ötən il Bakıda səkkizmərtəbəli binanın 21 mənzilinə günəş işığı düşmədiyindən o layihə geri qaytarılıb və tikintiyə icazə verilməyib".



Geri dön