Ana Sayfa > Karusel / Hadisə / Dünya > 10 yaşlı uşaq atasını bıçaqladı - Onunla oynamadığı üçün

10 yaşlı uşaq atasını bıçaqladı - Onunla oynamadığı üçün


21-02-2023, 10:50. Yazar: Xeberaz



Rusiyanın Ufa şəhərində 10 yaşlı məktəbli, atası onunla oynamadığı üçün onu bıçaqlayıb.

Bu barədə "Mash Batash" Telegram kanalında məlumat verilib.

Məlumata görə, işdən yorğun gələn ata oğlu ilə oynasa da, sonra bezərək səsini yüksəldib. Bu vəziyyət məktəblinin xoşuna gəlməyib və o, cavab olaraq atasının üstünə qışqırmağa başlayıb. Mübahisə zamanı uşaq bıçağı götürərək valideynə bir neçə bıçaq zərbəsi endirib.

Uşağın anası təcili yardım çağırıb. Ata xəstəxanaya yerləşdirilib. (publika)





Geri dön