Ana Sayfa > Karusel / Hadisə > Qatil Günayı öldürməzdən 3 gün öncə 1 gecə polisdə saxlanılıb - Atalığı 14 yaşlı qızı niyə qətlə yetirib?

Qatil Günayı öldürməzdən 3 gün öncə 1 gecə polisdə saxlanılıb - Atalığı 14 yaşlı qızı niyə qətlə yetirib?


20-02-2023, 10:44. Yazar: Xeberaz



Fevralın 2-sində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın qeyri-rəsmi nikahda olduğu Zaur Babayev tərəfindən yaralanması və onun qızı 2009-cu il təvəllüdlü Günay Şadatovanın öldürülməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

 "Astar" TV xəbər verir ki, hadisədən 3 gün qabaq Günay anası ilə birlikdə ögey atası Zaur Babayevi təcavüzlə bağlı polisə şikayət edib.

Bildirilib ki, Zaur polis bölməsində 1 gecə saxlanılıb, sonra isə sərbəst buraxılıb.

Zaur Babayev ana və qızı onu polisə şikayət etdiklərinə görə cəzalandırıb.




Geri dön