Ana Sayfa > Karusel / Hadisə / Gündəm > Qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışlayan azərbaycanlı Türkiyə mediasında xəbər oldu

Qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışlayan azərbaycanlı Türkiyə mediasında xəbər oldu


20-02-2023, 10:42. Yazar: Xeberaz



Türkiyə mediasında zəlzələdən əziyyət çəkənlərə yardım edən azərbaycanlılarla bağlı sujetlər yayımlanır.

Bu dəfə qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışlayan azərbaycanlı xəbər olub.

Xəbərdə bildirilir ki, qardaş ölkə Azərbaycan zəlzələnin ilk anından bütün imkanlarını səfərbər edib:

"Azərbaycan xalqı zəlzələ bölgəsinə yardım göndərməkdə davam edir.

Azərbaycanda yardım toplama mərkəzinə gələrək qızının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan şəxsin sosial şəbəkədə görüntüləri gündəm olub.


Qızının cehizini göz yaşları içində Türkiyəyə göndərən şəxsin videosunu seyr edənlər də buna kövrəlmədən baxa bilmirlər", - deyə xəbərdə qeyd olunub.



Geri dön