Ana Sayfa > Karusel / Hadisə > Bakıda dəhşətli qətl: anasını doğrayaraq hissələrə ayırdı

Bakıda dəhşətli qətl: anasını doğrayaraq hissələrə ayırdı


19-02-2023, 13:01. Yazar: Xeberaz



Fevralın 19- da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974- cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.



Geri dön