Ana Sayfa > Karusel / Hadisə > Lənkəranda 71 yaşlı qadını öldürüb, evini taladılar

Lənkəranda 71 yaşlı qadını öldürüb, evini taladılar


17-02-2023, 12:46. Yazar: Xeberaz

Lənkəranda 71 yaşlı qadını öldürüb, evini taladılar


Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən   bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb. 

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.




Geri dön