Ana Sayfa > Karusel / Hadisə > Bakı-Quba yolunda maşın mikroavtobusla toqquşdu - 3 ölü, 7 yaralı (YENİLƏNİB)

Bakı-Quba yolunda maşın mikroavtobusla toqquşdu - 3 ölü, 7 yaralı (YENİLƏNİB)


17-02-2023, 10:57. Yazar: Xeberaz

Bakı-Quba yolunda maşın mikroavtobusla toqquşdu - 3 ölü, 7 yaralı (YENİLƏNİB)


Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində yaralananlardan daha biri vəfat edib.

Hadisə nəticəsində 3 nəfər ölüb. 7 nəfər isə yaralıdır.

***

09:47

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.

***


Geri dön