Ana Sayfa > Karusel / Şou-Biznes > "Ölüm anı yaxınlaşanda övladıma görə qorxdum" - Aygün Bəylər

"Ölüm anı yaxınlaşanda övladıma görə qorxdum" - Aygün Bəylər


16-02-2023, 15:03. Yazar: Xeberaz

"Həyatımın Aylı hissəsi xəstələndiyim anlar oldu, ancaq yatırdım. Günəşli hissəsi isə musiqiyə həsr etdiyim illərimdir. Hər zaman istəmişəm həyatımda özüm kimi dostum olsun. Var da...".

Bu sözləri Əməkdar artist Aygün Bəylər "Həmin Zaur" verilişində deyib. Bir müddət əvvəl xərçəngdən müalicə alan xanəndə qızından danışıb:

"Ölüm anı yaxınlaşanda qorxdum ki, mən tək olmuşam. Övladım da o yaşda tək qalmasın. Həyatda bütün gözəlliklərimi - gözəl hisslərimi, yaşımı, cavanlığımı, sağlamlığımı sənətə qurban verdim. İncəsənət qurban tələb edir".

Qeyd edək ki, A.Bəylərin 13 yaşında Canan adlı qız övladı var. 


Geri dön