Ana Sayfa > Karusel / Hadisə > Sumqayıtda halı pisləşən sürücü qəza törətdi, ölən və yaralanan var

Sumqayıtda halı pisləşən sürücü qəza törətdi, ölən və yaralanan var


16-02-2023, 10:01. Yazar: Xeberaz



Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

Mikayılzadə Oktay Piri oğlu idarə etdiyi "Hyundai Terracan" markalı avtomobillə hərəkətdə olarkən halı pisləşib. Sürücü avtomobilin qaz pedalını sıxaraq qarşıda tıxacda dayanmış Mustafazadə Rəşad Rövşən oğlunun idarə etdiyi "Mersedes Benz C 240" markalı avtomobillə toqquşub.

Nəticədə Mikayılzadə Oktay Piri oğlu hadisə yerində ölüb və arvadı Əfəndizadə Xoşqədəm Məmmədhadi qızı bədən xəsarəti alıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.




Geri dön