Ana Sayfa > Karusel / Hadisə > Sürücünü döyərək telefonunu alıb, avtomobilini əzdilər

Sürücünü döyərək telefonunu alıb, avtomobilini əzdilər


15-02-2023, 11:42. Yazar: Xeberaz

Sürücünü döyərək telefonunu alıb, avtomobilini əzdilər


Bakıda 2 nəfər sürücünü döyərək mobil telefonunu alıb və avtomobilini əzib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfərin sürücünü döyərək mobil telefonunu almaları və avtomobili əzərək ona 2000 manat dəyərində ziyan vurmaları barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar müəyyən olunaraq saxlanılıblar.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Geri dön