Ana Sayfa > Karusel / Şou-Biznes > "Bu dərdi necə çəkəcəyəm?" - Nazpəri vəfat edən bacısından danışdı...

"Bu dərdi necə çəkəcəyəm?" - Nazpəri vəfat edən bacısından danışdı...


6-02-2023, 11:24. Yazar: Xeberaz



Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyeva dünyasını dəyişib.

Xəbəri təsdiqləyən müğənni ağlayaraq danışa bilməyib.

"Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı, orada da dünyasını dəyişdi. Zeynəbin ölümünə inanmıram, şokdayam. Bir neçə dəqiqə bundan əvvəl gözlərini həyata əbədi yumdu bacım. Məni bu dünyada dərdlərlə üz-üzə qoydu. Bu dərdi necə çəkəcəyəm?! (ağlayır)" deyə sənətkar bildirib.

Qeyd edək ki, müğənni bir neçə gün əvvəl böyrək və qaraciyər ağrıları ilə xəstəxanaya yerləşdirilmişdi. 


Allah rəhmət etsin!



Geri dön