Ana Sayfa > Karusel / Hadisə / M2 > Kamazla Mercedes toqquşdu : Ölənlər var

Kamazla Mercedes toqquşdu : Ölənlər var


30-08-2015, 15:22. Yazar: Xeberaz
Kamazla Mercedes toqquşdu : Ölənlər var
FHN məlumat yayıb.

Tovuz rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Xəbəraz.az FHN-ə istinadən xəbər verir ki, istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilin sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxararaq və aidiyyətı üzrə təhvil veriblər.
Geri dön