Ana Sayfa > Karusel / Şou-Biznes > "4 ildə onkologiyaya 1 manat belə xərcləmədik" - "Toppuş bacı"dan YAZDI

"4 ildə onkologiyaya 1 manat belə xərcləmədik" - "Toppuş bacı"dan YAZDI


2-02-2023, 14:58. Yazar: Xeberaz

"4 ildə onkologiyaya 1 manat belə xərcləmədik" - "Toppuş bacı"dan YAZDI


Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onun onkoloji xəstəliklə mübarizə apardığı yoldan yazıb.

O, bu barədə sosial media hesabında paylaşım edib.

"İlk dəfə öyrənəndə ki, artıq gözəl, nur üzlü həyat yoldaşımda xərçəng var, o dərhal Qənirə Paşayevaya zəng edib bu xəstəliyin daşıyıcısı olduğunu dedi. O, "sabah gedin Milli Onkologiya Mərkəzinə, sizi qarşılayacaqlar" dedi. Sabahı gün həyat yoldaşım oraya yollandı. Akademik Cəmil Əliyev özü şəxsən zəng edərək hər şeyi tam təmənnasız olması üçün tapşırıq vermişdi. İlk əməliyyat vaxtı təyin olundu. Gözəl insan, cərrah Şəmistan həkim əməliyyat etdi və uğurlu oldu. Bu, bizim xəstəliklə tanış olduğumuz 1-ci hissə idi. 

İkinci hissə, törəmələr olduqda isə həyatımıza Elçin Mansurov girdi. O, sadəcə işinin peşəkarı deyildi, həm də həyat yoldaşımla ata-övlad münasibətində idilər. Və adını bilmədiyim neçə həkim, tibb bacıları, qapıda duran nəzarətçilər...

4 il, tam 4 il bir manat belə xərcləmədik! Amma tək gerçək var ki, Quranda yazılıdığı kimi "Ya Rəsulum döyüşdən qaçanlara de ki, mənim onlara əvvəldən yazdığım ölüm günündən nə bir gün çox yaşayar, nə də ki, bir gün gec ölərlər".

Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Zəhra adlı qız övladı var.  



Geri dön