Ana Sayfa > Karusel / Səhiyyə > Dırnaq qurudan aparat xərçəng riski YARADIR

Dırnaq qurudan aparat xərçəng riski YARADIR


26-01-2023, 13:22. Yazar: Xeberaz




ABŞ alimləri ultrabənövşəyi şüalarla işləyən dırnaq boyası qurutma maşınlarının sağlamlığa zərərli olduğunu açıqlayıb.
San-Dieqo Universitetinin tədqiqatçıları hüceyrə DNT-sini pozan bu cihazların dəri xərçənginə səbəb ola biləcəyini bildiriblər.
Belə ki, alimlər diqqəti dırnaq lakını qısa müddətdə qurutmaq üçün istifadə edilən ultrabənövşəyi cihazlara yönəldiblər. Laboratoriya testlərində 20 dəqiqə istifadədə yüzdə 30 hüceyrə ölümü təsbit edilib.
Ardıcıl 20 dəqiqəlik üç seansdan sonra hüceyrə ölümünün 70 faizə çatdığı bildirilir.Tədqiqatçılar ultrabənövşəyi şüaların da sağ qalan hüceyrələrdə mutasiyaya səbəb olduğunu bildirirlər.
Hüceyrə DNT-sindəki bu dəyişikliklərin dəri xərçəngində görülənlərə çox oxşar olduğu qeyd edilir. "Nature Communications" jurnalında dərc edilən araşdırma, dırnaq boyası qurutma maşınlarının sağlamlığa təsiri ilə bağlı bir ilkdir.

Bununla belə, dırnaq boyası quruducularının aşağı güclə işlədiyi və şüalara məruz qalma müddətinin qısa olduğu vurğulanır.
Mütəxəssislər dırnaq lakı qurudandan istifadə etməzdən əvvəl əllərə qoruyucu faktoru 30-dan az olmayan günəş kremi çəkməyi tövsiyə edir.



Geri dön