Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda yasda dava düşdü - Üzündən bıçaqladılar

Azərbaycanda yasda dava düşdü - Üzündən bıçaqladılar


26-01-2023, 13:10. Yazar: Xeberaz



Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Alıyev İdris İbrahim oğlu yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə 1990-cı il təvəllüdlü Ruslan Rəşid oğlu Bağırov olduğu müəyyənləşib. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.


Faktla bağlı araşdırma aparılır.



Geri dön