Ana Sayfa > Karusel / Hadisə > Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var


25-01-2023, 11:11. Yazar: Xeberaz



Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var.

Avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.



Geri dön