Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs necə saxlanıldı? - RƏSMİ AÇIQLAMA

Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs necə saxlanıldı? - RƏSMİ AÇIQLAMA


21-01-2023, 11:37. Yazar: Xeberaz

Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs necə saxlanıldı? - RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)


DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkədə Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən keçmiş məhkum 1981-ci il təvəllüdlü Elşən Mirzəcanovun necə saxlanılması haqda məlumat yayıb.

O saxlanılan şəxsin polis tərəfindən tutulmaması üçün görünüşündə də dəyişiklik etdiyini bildirib:

"O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü. Dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdı. Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərinin araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı. Onun saxlanılması istiqamətində əməliyyat qruplarına kömək edən vətəndaşlara təşəkkür edirik".

*** 19:05

Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Araşdırmalar davam etdirilir.



Geri dön