Ana Sayfa > Karusel / Hadisə > Qardaş hamilə bacısını öncə döydü, sonra bıçaqladı

Qardaş hamilə bacısını öncə döydü, sonra bıçaqladı


20-01-2023, 11:14. Yazar: Xeberaz

Qardaş hamilə bacısını öncə döydü, sonra bıçaqladı


Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

Xeberaz.az apa-ya istinadən xəbər verir ki, hadisə Yefim Saratov küçəsində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb.

Daha sonra o kürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, Y.Qasımova hamilədir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Geri dön