Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > İmişlidə 15 yaşlı futbolçu faciəvi şəkildə öldü - FOTO

İmişlidə 15 yaşlı futbolçu faciəvi şəkildə öldü - FOTO


19-01-2023, 11:20. Yazar: Xeberaz



İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Dünən saat 21 radələrində İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.

Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.

Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif "İmişli" futbol klubunun yeniyetmələrdən ibarət yığmasında qapıçı olaraq çıxış edirmiş.

Faktla bağlı araşdırma aparılır.


Məqaləyə dair fotomateriallar:




Geri dön