Ana Sayfa > Karusel / Gündəm / M2 / Foto-fakt > UKRAYNADA DƏHŞƏTLİ HELİKOPTER QƏZASI - Müdafiə naziri, nazir müavini və dövlət katibi də həlak oldu - FOTO

UKRAYNADA DƏHŞƏTLİ HELİKOPTER QƏZASI - Müdafiə naziri, nazir müavini və dövlət katibi də həlak oldu - FOTO


18-01-2023, 14:28. Yazar: Xeberaz



Ukraynanın daxili işlər naziri Denis Monastırski Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında həlak olub.

Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Hadisə nəticəsində, həmçinin, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həlak olublar.

Helikopter qəzasında ümumilikdə 2-si uşaq olmaqla, 18 nəfərin öldüyü bildirilib.

Məlumata görə, qəzada yaralanan 26 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım maşınları və polis cəlb olunub.


Məqaləyə dair fotomateriallar:








 

Geri dön