Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Narkokuryerlik edən dəstə üzvləri saxlanıldılar - FOTO

Narkokuryerlik edən dəstə üzvləri saxlanıldılar - FOTO


17-01-2023, 10:41. Yazar: Xeberaz

Narkokuryerlik edən dəstə üzvləri saxlanıldılar - FOTO

1

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Serqey Yudin və Elmar Siracov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və avtomobilinə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana, 1,5 kiloqram heroin və 98 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə Etibar Talıbov və Natiq Mütəllimov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman yarım kiloqramdan çox marixuana, heroin və 9 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri, Natiq Mütəllimovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • Narkokuryerlik edən dəstə üzvləri saxlanıldılar - FOTO


Geri dön