Ana Sayfa > Karusel / Dünya / M2 > Suriyaya getmək istəyən 14 nəfər tutul

Suriyaya getmək istəyən 14 nəfər tutul


30-08-2015, 01:53. Yazar: Xeberaz
Suriyaya getmək istəyən 14 nəfər tutul


Xəbəraz.az -ın məlumatına görə,Bu gecə Türkiyənin Kilis şəhər polisi və terrorla mübarizə idarəsinin Əlibəyli kəndində apardığı əməliyyat nəticəsində İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək istəyən 14 nəfər tutulub. Lent.az-ın əməkdaşı Səbuhi Məmmədlinin Suriya sərhədindən verdiyi xəbərə görə, tutulanlardan üçü cənubi Koreyalı , ikisi Britaniya, ikisi isə Rusiya vətəndaşıdır.


İŞİD terrorçuları Suriyanın Tel-rifak qəsəbəsindən Türkiyəyə yaralı daşıyan maşın karvanına hücum edib. Nəticədə 6 yaralı öldürülüb. Dörd yaralı isə Kilis dövlət xəstəxanasına çatdırılıb.

Türkiyənin sərhədindən bir neçə kilometr aralıda yerləşən Azez şəhərində İŞİD və Azad Suriya Ordusu arasında şiddətli döyüşlər gedir: “Atışma və top səsləri bizim dayandığımız yerdən aydın eşidilir. Əgər İŞİD Azezi ələ keçirsə, birbaşa Türkiyə sərhədlərinə dirənəcək”, – deyə əməkdaşımız bildirib.
Geri dön