Ana Sayfa > Karusel / Dünya / Gündəm / Hadisə > Dneprə hücum nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Dneprə hücum nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb


15-01-2023, 11:28. Yazar: Xeberaz

Dneprə hücum nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - (YENİLƏNİB -2)


Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli binanın dünən atəşə tutulması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko Telegram-da məlumat verib.
"Səhər saatlarında Dneprdə öz evində Rusiya raketi ilə həlak olan 18 nəfər var. 73 yaralı - onlardan 40-dan çoxu xəstəxanadadır, 4-ü reanimasiyada – ağır vəziyyətdərir. Xilasetmə əməliyyatı davam edir. 40-dan çox insanın taleyi insanlar naməlum olaraq qalır" deyə yazıb.

xxx

09:10

Ukraynanın Dnepr şəhərində yaşayış kompleksinə raket düşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko bildirib.

Rezniçenkonun sözlərinə görə hücumda yaralanan 73 nəfərdən 59-u xəstəxana şəraitində müalicə alır. Axtarış-xilasetmə işləri davam edir.


Geri dön