Ana Sayfa > Karusel / Şou-Biznes > Tanınmış müğənni xanımların TikTok-a girməsindən danışdı:'' Yaraşdırmıram''

Tanınmış müğənni xanımların TikTok-a girməsindən danışdı:'' Yaraşdırmıram''


15-01-2023, 11:27. Yazar: Xeberaz






Müğənni Türkan Vəlizadə TikTok-a girən xanımları tənqid edib.

Sənətçi bu haqda "Həyat tərzi" verilişində danışıb. O bildirib ki, indi müğənnilər də TikTok-da məşhurlaşan mahnılar oxuyurlar:

"Bu, platforma biabırçılıqdır. Müğənni var deyir ki, görəsən bu mahnını ifa etsəm TikTok-da məşhurlaşacaq, partlayacaq? Bu nə deməkdir? Normal bir hal deyil. TikTok-da canlı yayımlar açırlar. Baxırsan onlara, biabırçılıqdır. Uşağın əlindən telefonu almaq istəyirsən. Evdə ana, atanın onlara baxmasını istəmirsən. Hətta özün onlara baxmağa utanıb, biabır olursan ki, bu nədir belə...

Kişilərin TikTok-a girməsini yenə anlayıram və normal qarşılayıram. Lakin xanımların girməsini onlara yaraşdırmıram. Olmaz".




 

Geri dön