Ana Sayfa > Karusel / Dünya / Foto-fakt > 10 günlük körpə bu heyvana görə həyatını itirdi

10 günlük körpə bu heyvana görə həyatını itirdi


30-08-2015, 01:37. Yazar: Xeberaz
10 günlük körpə bu heyvana görə  həyatını itirdi

Hindistanda xəstəxanalardan birində dəhşətli hadisə baş verib.

Reanimasiya şöbəsində yatan 10 günlük körpə siçanların dişləməsi nəticəsində həyatını itirib.

Valideynlərin sözlərinə görə, uşağın barmağının siçanlar tərəfindən dişlənildiyini fərq edərək tibb bacılarına xəbər veriblər. Lakin tibb bacıları buna əhəmiyyət verməyiblər.

Hadisədən sonra Səhiyyə Nazirliyi dərhal hərəkətə keçib və dövlət xəstəxanasının yoxlanılması üçün xüsusi qrup yaradılıb. Uşağın ölməsində günahkar hesab edilən 3 nəfər işdən çıxarılıb və cinayət məsuliyyətinə cəlb edilib. publika.az
Geri dön