Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 manat oldu

Ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 manat oldu


13-01-2023, 11:00. Yazar: Xeberaz



Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat müəyyən olunub.

Dəyişiklik 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.




Geri dön