Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Bu ailələrə bir yaşadək olan hər uşağa görə 100 manat veriləcək

Bu ailələrə bir yaşadək olan hər uşağa görə 100 manat veriləcək


13-01-2023, 11:00. Yazar: Xeberaz



Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir yüz) manat müəyyən olunub.

Dəyişiklik 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.




Geri dön