Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Daha bir məktəb direktorunun VİDEOSU yayıldı

Daha bir məktəb direktorunun VİDEOSU yayıldı


11-01-2023, 15:09. Yazar: Xeberaz



Azərbaycanda daha bir məktəb direktorunun qeyri-adi görüntüləri yayılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, videosu yayılan şəxs İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevdir.

O, "TikTok"erlərdən birinin hərəkətlərinə qeyri-adi reaksiyalar verib. Belə ki, Ə. İsayev yorğan-döşək yığılan çarpayının üzərinə çıxaraq, qəribə hərəkətlər edib. Bu da izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Şərur rayonundakı məktəblərin birinin direktorunun da "TikTok"das videosu yayılmışdı.

Görüntüləri təqdim edirik:






Geri dön