Ana Sayfa > Karusel / Gündəm > Bu saatdan Bakıya güclü QAR YAĞACAQ - 2 dərəcə şaxta

Bu saatdan Bakıya güclü QAR YAĞACAQ - 2 dərəcə şaxta


10-01-2023, 11:50. Yazar: Xeberaz






Bu gün yenidən Bakıya şiddətli qar yağacağı ehtimal olunur.

Məlumat mobil telefonların hava proqnozunu göstərən tətbiqində öz əksini tapır.

Tətbiqdə, günün ikinci yarısı, saat 19:00-dan etibarən qarın yağacağı öz əksini tapır. Həmçinin qeyd olunur ki, gecə 2 dərəcə şaxta olacaq.

Qeyd edək ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22° şaxta, gündüz 7-12° şaxta olacaq.

Yollar buz bağlayacaq.



Geri dön