Ana Sayfa > Karusel / Hadisə > Bakı metrosunda sərnişin öldü - YENİLƏNİB

Bakı metrosunda sərnişin öldü - YENİLƏNİB


10-01-2023, 11:43. Yazar: Xeberaz

Bakı metrosunda sərnişin öldü - YENİLƏNİB


Bu gün Bakı metrosunda vəfat etmiş sərnişinin kimliyi məlum olub. 

Bu, 1965-ci il təvəllüdlü Xaqani Hüseynovdur. 

***08:43

"20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

"Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib", - deyə qurum rəsmisi qeyd edib.


Geri dön