Ana Sayfa > Karusel / Hadisə / Gündəm / Foto-fakt > Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu: 10-a yaxın qəza... FOTO

Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu: 10-a yaxın qəza... FOTO


9-01-2023, 14:25. Yazar: Xeberaz



Bakı-Sumqayıt yolunda acınacaqlı vəziyyət yaranıb.

Axşamdan başlanan qar yolda hərəkəti iflic vəziyyətə salıb.

Yolun hərəkət hissəsi qar və buz örtüyü ilə bağlandığından hərəkət dayanıb. Yolun Abşeron rayonu ərazisindən keçən kilometrlərlə ərazi tam buz bağlayıb. Yolun təmizlənməsi üçün əraziyə heç bir texnika cəlb edilməyib. Nəticədə yolda 10-a yaxın zəncirvari qəza baş verib.

Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Yol polisi və post patrul xidməti əməkdaşları yolda idarəetməni itirən avtomobillərə yardım edərək hərəkəti təmin etməyə cəhd göstərir.


Məqaləyə dair fotomateriallar:



Geri dön